Haqqımızda

Balta, yetkinlər üçün nəzərdə tutulmuş, absurd komediya janrında cizgi serialdır. Hadisələr artıq, məsuliyyət götürəcək yaşa çatmış 3 dostun - İsmayıl, Çingiz və Əlinin pul qazanmaq üçün əl atdığı yollardan bəhs edir.

Əyləncəli

Balta (2018) on IMDb

Dəstək

Növbəti Bölüm

Yeni bölümü hamıdan əvvəl sən izlə və Baltaya dəstək ol.

Xüsusi Təşəkkür

Bölüm sonunda xüsusi təşəkkür ediləcək.

Balta Stikerləri

Bölüm sonunda xüsusi təşəkkür, sevdiyiniz personajların 5 fərqli stikeri.

Balta Poster

Bölüm sonunda xüsusi təşəkkür və Balta posteri

Balta Köynək

Bölüm sonunda xüsusi təşəkkür və sevdiyiniz personajın köynəyi. Ölçü olacaq.

Balta Hədiyyə Seti

Bölüm sonunda xüsusi təşəkkür və Balta poster, fincan, dəftərçə, stiker, köynək

Balta Personajı

Balta animasiyasının bir bölümündə öz personajınla iştirak et.

Komanda

Nicat Manafov

Prodüser

Elçin Hüseynov

Line Prodüser

Rəvan Muradov

Ssenarist/Rejissor

Əmrah Niyazali

ART Direktor

Vüsal Kərimov

animator

Seymur Abdullayev

Animator

Nihad Cəfərov

Qrafik-Dizayner
Nicat Səfərli

Nicat Səfərli

Qrafik-Dizayner

Murad Ağazadə

Səs Mühəndisi

Ilkin Yusif

Məsləhətçi

Fikirlər

Müşviq İskəndərov

Müşviq İskəndərov

HELL Energy

"Balta ilə əməkdaşlığımızdan razıyıq. Yayımlandığı həftə xeyli səs sorağı gəldi. Məhsul yerləşdirilməsi isə, göz və fikir yormadığı üçün izləyicidə müsbət fikir formalaşdırmışdır."

Fərid Pərdəşünas

Fərid Pərdəşünas

Technote

"Bu cizgi qəhrəmanları mükəmməldir. Hər seriyasına ən az iki dəfə baxmışam. Ümid edirəm bir gün öz personajım da bu filmdə yer alacaq."

Türkan Fərzəliyeva

Türkan Fərzəliyeva

Modern Holdinq

"Balta animasiyası Azərbaycanda məhsul yerləşdirmə mədəniyyətini doğru formalaşdıran və inkişafına nail olan bir layihədir. Əmək və zəhmətin vəhdət təşkil etdiyi bu cizgi serialı ilə əməkdaşlığımızdan məmnunam və gələcəkdə daha çox dəstəkçilərinin olmasını istəyərdim."

Orxan Mirzəyev

Orxan Mirzəyev

Ariston

"Sevindiricidir ki, ölkəmizdə bu sahədəki boşluğu layiqincə dolduracaq iş görülür. Hər bölümünə həm özüm baxıram, həm də ətrafımdakıları baxmağa təşviq edirəm. Ümid edirəm hamımızın dəstəyi ilə uzunömürlü proyekt olar."

Murad Seyidov

Murad Seyidov

Kapital Bank

"Balta böyüklər üçün ilk cizgi serialdır və əməkdaşlıq etməyimizin əsas səbəblərindən biri innovativ bir layihə olmasıdır və bayağı zarafatlar yoxdur. Fiikrimcə innovativ məhsullar üçün uyğun reklam platformasıdır."

Uran (İbrahim İbrahimov)

Uran (İbrahim İbrahimov)

REPÇİ

"Əslində təəccübləndim ilk olaraq. Müsbət təəsurat oyatdı işləriniz - məişət dilində olması qısa cizgi filmlərinizi daha yadda qalan edir. Davam. Uğurlar ✌"

Cümşüd Əliyev

Cümşüd Əliyev

MiMobile

"Yeni fikir, yeni istiqamət, yeni canlanma. Yenilik etmək elə də asan deyil, amma komanda hələ ki, çətinliklərin öhdəsindən gələrək, məqsədə doğru gedir. Uğurlar arzulayiram və inanıram ki, sizdə hər şey istədiyiniz kimi olacaq, amma düzgün BALTAlasanız."

Samir Əfətli

Samir Əfətli

limak

"Balta animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərdiyi üçün qısa zamanda populyarlıq əldə etdi. Sapı özümüzdən olanlara həsr edilən və Azərbaycanın ilk absurd sürreal yumoristik macəra sitkomu janrında çəkilən animasiyasına dəstək verdiyimiz üçün qürur duyuruq."

Yusif Qasımov

Yusif Qasımov

Azərbaycan Beynəlxalq Bankı

"Deyə bilərəm ki, uşaqlar həqiqətən maraqlı və eyni zamanda qəliz bir iş görürlər?
Niyə? Çünki bu üslublda cəmiyyətin simasını göstərirlər və bütün olmasa da, mənfi cəhətlərin əksəriyyətini nümayiş etdirirlər. İstəkləri, bilikləri, tənqidə qarşı açıq olmaları da onu göstərir ki, Balta komandası yoluna davam edəcək və sosiumun yaralı yerlərini davamlı şəkildə işıqlandıracaq!"

Videolar

Balta – Bölüm 8 (Məhkəmə)

Baba və Musa ilə birlikdə keçmişdən gəlmiş personajlar İsmayılgilin evində yaşamağa başlayırlar. Bu hadisə ev əhli arasında gülməli mübahisələrə səbəb olur. İsmayıl və Canan münasibətində isə vəziyyət elçiliyə qədər gəlib çıxır. Eyni zamanda Cananın köhnə Davamını oxu…

Balta – Bölüm 7 (Zaman Maşını)

5. bölümdə Baba və Musa Balta məhəlləsini ərəblərdən xilas etmək üçün zamanda səyahət edib, Babəki gətirmək qərarına gəlmişdilər. Baba və Musanın başına nələr gəldiyini 7. bölümdə izləyəcəksiniz. Qəhrəmanlarımız 838-ci ilə getmək üçün yola düşürlər. Ancaq, Davamını oxu…

Balta – Bölüm 6 (Xoşbəxt Ölüm)

Balta-nın altıncı bölümdə İsmayılın bütün həyatı məhv olmuşdur. Valideynləri ərəblər tərəfindən girov götürülmüş, Baba və Musa yoxa çıxmış, ürəyinə güllə dəymiş Canan isə can verməkdədir.

Balta – Bölüm 5 (Atalar və Oğullar)

Ərəb mafiyası tərəfindən ələ keçirilmiş Balta məhəlləsini xaos bürümüşdür. Tormoz Hüseyn öz torpaqlarını və itirdiyi uranı geri almaq üçün ərəb mafiyasına qarşı mübarizəyə qalxır. Ərəblərinsə tamamilə başqa planları var. Balta məhəlləsini xilas etmək məsuliyyəti İsmayılın Davamını oxu…

Əlaqə qur

Ofis

Nizami küçəsi 203, 
AF Business House, 3-cü mərtəbə (BBF)
Bakı, Azərbaycan

Telefon nömrəmiz

Balta Animasiyası
+994 55 577 56 65
+994 55 590 78 69

Bizə Yazın